Xəbər verdiyimiz kimi, Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb. Rayonun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.
O, millimizin hücumçusu Mahir Emrelinin dayısı oğludur.
Sportinfo.az xəbər verir ki, M.Emreli dayısı oğlunun ölümündən sonra onunla bağlı sosial media hesabında paylaşım edib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.





