“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi: “Həyata keçirmək istədiyim bir arzum var”

02:20 Hadisə 113
“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi: “Həyata keçirmək istədiyim bir arzum var”

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Bruno Simao ölkəsinin mətbuatına maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı portuqaliyalı keçmiş müdafiəçi həyata keçirmək istədiyi arzusunu bildirib.

“Həyat yoldaşımla həyata keçirmək istədiyim bir arzum var. Bunu çoxdan xəyal edirəm və inanıram ki, bir gün reallaşdıracağam.

Özü də bunu Portuqaliyada yox, başqa yerdə – məsələn, vaxtilə çıxış etdiyim ölkələrin birində də edə bilərəm. Arzum bir hostel açmaqdır.

Tailand kimi bir adaya köçüb, orada hostel və çimərlik barı açmaq əla olar. Bunun üçün çalışacağam.

Hazırda yanımda olan insanın da eyni arzusunun olduğunu biləndə çox maraqlı və xoş oldu”, – deyə Simao söyləyib.

Bruno Simao karyerası ərzində Rumıniya, Slovakiya, Azərbaycan, Moldova, Kipr və Fransada legioner həyatı yaşayıb.

O, 2011-ci ilin yanvarından dekabrına qədər “Xəzər Lənkəran”ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 18:10 Çək və bizə göndər!