“Üç-beş manat toplayıb, stadiona qapı qoymuşuq” - Xaçmazıdan MARAQLI VİDEO

02:00 Hadisə 125
“Üç-beş manat toplayıb, stadiona qapı qoymuşuq” - Xaçmazıdan MARAQLI VİDEO

Xaçmaz rayonunun Gödəkli kəndində azyaşlıların futbol oynadığı stadion yerli sakinlərin şəxsi vəsaiti hesabına fəaliyyət göstərir.

Sportinfo.az xəbər verir ki, bu barədə idman.biz-ə həmin stadionda uşaqlara futbol dərsi keçən kənd sakini Rəvan Yusifov məlumat verib.

Onun sözlərinə görə, əsas məqsəd kənddəki uşaqların idmana marağını qorumaq və onları küçədən, asılılıqlardan uzaq saxlamaqdır:

“Öz aramızda üç-beş manat toplayıb stadiona qapı qoymuşuq. Burada 8-12 yaş arası uşaqları məşq etdiririk.

Onların hər biri futbolu çox sevir, amma top, forma və məşq ləvazimatlarına ciddi ehtiyacımız var”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 18:10 Çək və bizə göndər!