Tələsdiz və yanıldız - O, pis məşqçi deyil

17:40 Hadisə 353
Tələsdiz və yanıldız - O, pis məşqçi deyil

Jorj Kaskilya çox maraqlı məşqçidir.

Portuqaliyadan basa-basa durub bura gəlib, ona fərq eləmir ki, qarşısındakı «Qarabağ»dır, ya «Karvan».

Bütün rəqiblərə eyni gözlə baxır. Doqquz nəfərlə müdafiə Kaskilyanın yegsanə nəticə qazanmaq üsuludur.

Qəribədir, o, karyerası ərzində xeyli klubda çalışsa da, gözoxşayası göstəricilərə imza atmayıb, amma ki, «İmişli»də bu, alınır.

10 tura 12 xal ilk dəfə Premyer Liqada yarışan komanda üçün yetərincə yaxşı nəticədir.

Əslinə qalsa, «İmişli» bu taktika ilə «Qarabağ»a da qalib gələ bilərdi. Fasiləyədək ən real qol epizodlarını qonaqlar yaratdı.

Sol cinahdan qurulan iki əks-hücumun biri qolla nəticələnsəydi, oyunun sonrakı bölümü «İmişli» üçün çox çətin keçməyəcəkdi. Axı onlar müdafiə olunmağı, topu cərimə meydançasının içindən uzaqlaşdırmağı daha yaxşı bacarır.

Kaskilyanı Azərbaycana gəlib-getmiş ən zəif əcnəbi mütəxəssislərdən biri sayanlar necə yanıldığını görsünlər və anlasınlar bir.

«İmişli» tipik məşqçi komandasıdır: kompakt oynayır, dağılmırlar. Hesabdan asılı olmayaraq, ənənəvi oyun modulundan imtina etmirlər.

«Qarabağ»a, sadəcə, fərdi keyfiyyətdə uduzdular.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti