Mahir Emrelinin dayısı oğlunun asılmış meyiti tapıldı

1 Noyabr 2025 11:00 Hadisə 1 002
Mahir Emrelinin dayısı oğlunun asılmış meyiti tapıldı

Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

Sportinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün 23:00 radələrində rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Sabit Ağayev millimizin və “Kayzerslautern”in hücumçusu Mahir Əmrəlinin dayısı oğludur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM