Nə Almeyda, nə Juninyo - “İmişli”nin güzaranına bax!

08:40 Hadisə 210
Nə Almeyda, nə Juninyo - “İmişli”nin güzaranına bax!

“İmişli” boşa verilən penaltilərə görə Premyer Liqada liderliyi ələ alıb.

Sportinfo.az xəbər verir ki, bölgə klubu artıq ikinci dəfədir belə cərimə zərbəsindən düzgün yararlana bilmir.

10-cu tur çərçivəsinə “Qarabağ”la keçirilən matçda Mateuş Koxalskiyə məğlub olan Luis Silvestr Juninyo komanda yoldaşı Dieqo Almeydanın səhvini təkrarlayıb.

Sözügedən portuqaliyalı yarımmüdafiəçi 7-ci turda “Araz-Naxçıvan”la görüşdə qol vura bilməmişdi.

Ümumiyyətlə, mövsüm ərzində 3 dəfə penalti boşa verilib. Digər uğursuzluğu “Sumqayıt”dan Aleksandr Ramalinqom yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti