Muarem Muarem Şimali Makedoniyadan "Başkimi"nin baş məşqçisi vəzifəsindən istefa verib.
Sportinfo.az xəbər verir ki, bu barədə 37 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.
O, Premyer Liqanın 11-cu turunda "FK Makedoniya Gjorce Petrov"la oyundan (1:1) sonra köməkçiləri ilə birgə vəzifəsini tərk etdiyini açıqlayıb.
"Başkimi" hazırda 11 oyundan 19 xalla 21 komanda arasında 5-ci yeri tutur. M.Muarem bu komandaya 2025-ci ilin iyununda baş məşqçi təyin edilmişdi.
Muarem Muarem "Qarabağ"ın tanınmış futbolçularından olub. O, müxtəlif vaxtlarda 2 dəfə (2012-15 və 2016-17-ci ilərdə) Ağdam klubunda oynayıb.


