Növbəti transferə hazırlaşır - “Tvente”nin yarımmüdafiəçisi ilə

7 Avqust 2025 04:30 Hadisə 280
Növbəti transferə hazırlaşır - “Tvente”nin yarımmüdafiəçisi ilə

“Araz-Naxçıvan”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Omoniya” heyətini gücləndirmək üzrədir.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, “Tvente”nin yarımmüdafiəçisi Karel Eitinq karyerasını Nikosiya klubunda davam etdirməyə yaxındır.

Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarının sabiq futbolçusunun keçidi üçün klublar arasında danışıq müsbət yekunlaşıb.

27 yaşlı orta sahə oyunçusu transferi tamamlamaq üçün artıq Kiprə yollanıb. Bu keçid qarşılığında “Omoniya” qarşı tərəfə müəyyən məbləğdə təzminat ödəyəcək.

“Araz-Naxçıvan”la “Omoniya” arasında ilk oyun avqustun 7-də “Liv Bona Dea Arena”da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi