Köpəkbalığı bu gözəl idman jurnalistini ağır yaraladı - FOTOLAR

8 Avqust 2025 03:00 Hadisə 961
Köpəkbalığı bu gözəl idman jurnalistini ağır yaraladı - FOTOLAR

Cazibədar idman jurnalisti Eleonora Boi Puerto-Rikoda istirahət zamanı köpəkbalığının hücumuna məruz qalıb.

Sportinfo.az xəbər verir ki, üçüncü övladını gözləyən Eleonora hücum nəticəsində ayağından yaralanıb və dərhal xəstəxanaya aparılaraq əməliyyat olunub.

Hadisə sahilə yaxın ərazidə baş verib. Köpəkbalığının çoxalma dövründə olduğu və bu səbəbdən aqressiv davrandığı bildirilir.

“Qorxu filmlərini sevirəm, amma həyatda yox”, - deyə Boi paylaşımında yazıb.

O, həyat yoldaşı, sabiq NBA basketbolçusu Danilo Qallinari dəstəyinə görə təşəkkür edib və zarafatla əlavə edib: “Bad Bunny”nin konsertini də qaçırdım”.

Cütlük hazırda Mayamidə yaşayır. Danilo Qallinari Puerto-Riko təmsilçisi “Vaqueros de Bayamón” klubunda çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!