“Sabah”la oyundan öncə əhval-ruhiyyələri düzəldi - FOTO

5 Avqust 2025 04:00 Hadisə 360
“Sabah”la oyundan öncə əhval-ruhiyyələri düzəldi - FOTO

"Sabah"ın Konfrans Liqasının III mərhələsindəki rəqibi "Levski" Bolqarıstan I Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Xulio Velaskesin çalışdırdığı kollektiv III tur matçında evdə "Slaviya"nı qəbul edib.

Georgi Asparuhov adına Sofiya şəhər stadionunda təşkil olunan görüş "Levski"nin qələbəsi ilə başa çatıb - 2:0.

Qarşılaşmada hesabı 70-ci dəqiqədə Borislav Rupanov açıb. 84-cü dəqiqədə isə Everton Bala yekun hesabı müəyyənləşdirib.

Bununla da, "Levski" ölkə çempionatında keçirdiyi 3-cü oyununda üçüncü qələbəsi qazanıb. Paytaxt təmsilçisi 9 xalla "Ludoqorets"lə ilk iki pilləni bölüşdürür.

"Sabah" və "Levski" arasında ilk oyun avqustun 7-də Bolqarıstanda, cavab görüşü isə avqustun 14-də Bakıda olacaq.

"Levski" - "Slaviya"(Sofiya) 2:0
Qollar:Rupanov 70, Bala 84

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi