Azərbaycan komandasına uduzdular, aranı qatdılar - İNSİDENTİN VİDEOsu

4 Avqust 2025 04:40 Hadisə 459
Azərbaycan komandasına uduzdular, aranı qatdılar - İNSİDENTİN VİDEOsu

Yunanıstanda "Aris" və "Araz-Naxçıvan" arasında keçirilmiş Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra insident baş verib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ardından Azərbaycan klubunun futbolçuları növbəti mərhələ sevincini yaşadığı vaxt yerli komanda iki oyunun yekununda məğlubiyyəti həzm edə bilməyib.

Nəticədə tərəflər arasında münaqişə yaşanıb. İnsidentin əlbəyaxa davaya keçməsinə imkan verilməyib.

Şotlandiyalı baş hakim Devid Dikinson "Araz-Naxçıvan"dan Ba-Muaka Simakalaya sarı, "Aris"dən Fabiano Laysmanna qırmızı vərəqə göstərib.

İlk matçda 2:1 hesablı qələbə qazanan "Araz-Naxçıvan" səfərdə heç-heçəyə nail olub - 2:2. Naxçıvan təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsində Kipr "Omoniya"sı ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi