"Qarabağ"ın iki legioneri "Kəhər"lə zarafatlaşdı, bu VİDEO gündəm oldu

4 Avqust 2025 23:40 Hadisə 460
"Qarabağ"ın iki legioneri "Kəhər"lə zarafatlaşdı, bu VİDEO gündəm oldu

«Qarabağ»ın futbolçuları klubun yeni maskotu ilə zarafatlaşıb.

Hadisə «Şelbrun»la Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçından (1:0) sonra baş verib.

Belə ki, qələbənin gətirdiyi sevinci bölüşməyə fürsət gəzən Leandro Andrade Mateus Silva ilə diqqət msərkəzinə düşüb.

Kabo-verdeli yarımmüdafiəçi «Kəhər»lə şəkil çəkdirən braziliyalı müdafiəçini sövq edib ki, maskotu arxaya itələsin.

«Sambaçı» komanda yoldaşının işarəsini anlayıb və «Kəhər»i onun arxasında gizlənmiş Leandronun üzərinə yıxıb.

Daha sonra hər iki legioner maskotla qucaqlaşıb və ürəyini alıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi