1 milyon istədikləri hücumçunun satışını ertələdilər - "Sabah”a görə

3 Avqust 2025 18:10 Hadisə 1 301
1 milyon istədikləri hücumçunun satışını ertələdilər - "Sabah”a görə

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Sabah”ın rəqibi olan “Levski” (Bolqarıstan) transferlərlə bağlı qərar verib.

Sportinfo.az bu barədə “Kota Sport” nəşrinə istinadən xəbər verir.

Bildirilib ki, hazırda “Levski”nin bəzi üzvlərinə təkliflər var.

Məsələn, İsveçrənin “Sürix” klubu Sofiya klubunun hücumçusu Mustafa Sanqareni heyətinə cəlb etmək istəyir.

Yerli mətbuatın məlumatına görə, İsveçrə təmsilçisi artıq 600 min avro dəyərində rəsmi təklif göndərib, lakin “Levski” 1 milyon avro+bonuslar tələb edir.

Bildirildiyinə görə, “Levski” rəhbərliyi avokuboklarda mübarizə davam etdiyi müddətdə oyunçuların satışını dondurmaq qərarı verib.

Komandanın qarşısında hələ bir rəqib var – Azərbaycan təmsilçisi “Sabah” və hazırda klub bu mərhələni keçməyə köklənib.

“Levski” ilə “Sabah” arasında ilk oyun avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi