Premyer Liqanın debütantı keçmiş hücumçusunu geri qaytardı

3 Avqust 2025 16:30 Hadisə 1 424
Premyer Liqanın debütantı keçmiş hücumçusunu geri qaytardı

«İmişli» 1 il öncə yollarını ayırdığı hücumçunu geri qaytarıb.

Xəzər Mahmudov ikinci dəfə aran təmsilçisinin formasını geyinəcək.

Premyer Liqada ilk dəfə mübarizə aparacaq klub «Sumqayıt»ın yetirməsi ilə 1 illik müqavilə imzalayıb.

Adıçəkilən forvard ötən mövsümü I Liqada keçirib. Sezona «Karvan»da başlayıb, sonra yoluna «Baku Sportinq»də davam edib.

«İmişli» bu yay 9 transfer əməliyyatı həyata keçirib.

Ronaldo Rodriqez de Souza (son klubu "Borneo", İndoneziya), Azər Salahlı (son klubu "Neftçi"), İbrahim Əliyev (son klubu MOİK), İmam Əli, Rafael Vieqas ("Sao Joao de Ver", Portuqaliya), Hüseynəli Quliyev ("Səbail"), Ezekiel Morqan (son klubu "Karvan"), Nikola Karaklayiç (son klubu "Novi Pazar", Serbiya) və Luiz Fernando Silvestr Junior kollektivə qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!