Dəyişiklik baş verdi - Biri sifariş ərizəsinə qaytarıldı, digəri çıxarıldı

3 Avqust 2025 09:00 Hadisə 966
Dəyişiklik baş verdi - Biri sifariş ərizəsinə qaytarıldı, digəri çıxarıldı

Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq "Omoniya"nın heyətində dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, sol cinah yarımmüdafiəçisi Tasos Haciyovannis Nikosiya təmsilçisinin sifariş ərizəsinə qaytarılıb.

Əvəzində 18 yaşlı Körtis Junior Makosso siyahıdan çıxarılıb.

Haciyovannis Konfrans Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Torpedo Kutaisi" komandasına qarşı oyunların (1:0, 4:0) iştirak ərizəsindən zədəsi ilə əlaqədar kənarlaşdırılmış, onun yerinə Mikael İnqrebriksen siyahıya daxil edilmişdi.

"Araz-Naxçıvan" "Omoniya" ilə ilk matçını avqustun 7-də evdə, cavab görüşünü avqustun 14-də səfərdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi