Futbolçular arasında dava düşdü, mühafizəçisi çempionat oyunlarından uzaqlaşdırıldı - FOTO

3 Avqust 2025 00:10 Hadisə 969
Futbolçular arasında dava düşdü, mühafizəçisi çempionat oyunlarından uzaqlaşdırıldı - FOTO

“İnter Mayami”nin ulduzu Lionel Messinin cangüdəni Yassin Çeuko Liqa Kuboku və MLS matçlarından kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu haqda “TyC Sports” məlumat yayıb.

Belə ki, amerikalıların 2:1 hesablı qələbəsi ilə başa çatan “İnter Mayami” və “Atlas” matçının sonunda futbolçular arasında dava düşüb.

Mübahisə zamanı Çeuko araya girərək Meksika klubunun iki futbolçusunu itələyib. Bununla da onun turnirin sonuna qədər arenada olmasına qadağa qoyulub.

“İnter Mayami” də oyundan sonra cangüdəninin davranışına görə cərimələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi