Ermənilər Azərbaycana qarşı təxribat törətdi, qondarma rejimin bayrağını açdı - FOTOLAR

2 Avqust 19:20 Hadisə 360
Ermənilər Azərbaycana qarşı təxribat törətdi, qondarma rejimin bayrağını açdı - FOTOLAR

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində erməni təxribatı yaşanıb.

Sportinfo.az xəbər verir ki, Rumıniyada çoxdan tarixin zibilliyinə atılmış qondarma "Dağlıq Qarabağ" rejiminin "bayrağ"ı açılıb.

Bu, “Universitatea Kluj” – “Ararat Armenia” (1:2) görüşündə baş verib. Belə ki, azsaylı ermənilər matçın keçirildiyi “Stadionul Munisipial” stadionuna həmin "bayrağ"ı keçirə biliblər.

“Universitatea Kluj” tərəfi isə buna o qədər də önəm verməyib. Gözləmək olar ki, AFFA bununla bağlı UEFA-ya məktub göndərərək, onları məlumatlandırıb, meydan sahibinin də xəbərdar edilməsinə çalışacaq.

“Universitatea Kluj” “Ararat Armenia”ya 1:2 uduzaraq avrokuboklardakı mübarizəsini dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 18:10 Çək və bizə göndər!