“Benfika”da üzə çıxan hücumçunu Azərbaycana gəlməyə necə razı saldılar? - VİDEO

31 İyul 2025 11:40 Hadisə 2 637
“Benfika”da üzə çıxan hücumçunu Azərbaycana gəlməyə necə razı saldılar? - VİDEO

“Həqiqətən, Premyer Liqaya yeni yüksələn komandaların atdıqları səhv addımları dilə gətirməklə, əslində, onları düzgün planlaşdırmağa dəvət edirik.

“İmişli” də bunlardan biridir. Nə qədər baş məşqçi təyinatını səhv seçim adlandırsaq da, sonuncu hücumçu transferinə görə onları təbrik etmək lazımdır.

Söhbət portuqaliyalı Dioqo Almeydadan gedir. 25 yaşlı hücumçu “Benfika”nın B komandasındakı performansı ilə diqqət çəkib.

Mövqe seçimi, cərimə zərbələri, mərkəzdəki top saxlamaq və zərbə endirmək bacarığı ilə fərqlənir.

Dünyanın məşhur futbol agentliklərindən “AS1”ya məxsus futbolçudur.

“QOLAT Football Agency”nin skautlarının seçimi bu fonda təqdirəlayiqdir. Çünki futbolçunun “İmişli”yə transferini məhz bu agentlik həyata keçirib”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist “İmişli”nin yeni transferi Dioqo Almeyda barədə danışıb, onun üstünlükləri haqda məlumat verib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi