Ermənistan prezidenti Azərbaycanla sərhəddə: Görəsən, nə baş verir? - VİDEO

31 İyul 2025 08:00 Hadisə 312
Ermənistan prezidenti Azərbaycanla sərhəddə: Görəsən, nə baş verir? - VİDEO

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Sünik (Zəngəzur) vilayətinə səfəri çərçivəsində bu bölgənin sərhədyanı kəndlərini və hərbi hissələrdən birini ziyarət edib.

Prezident Çakatən və Nerkin Xand kəndlərinə baş çəkərək yerli sakinlərlə səmimi şəraitdə görüşüb, onların gündəlik vəziyyəti ilə maraqlanıb, mövcud problemləri dinləyib və suallara cavab verib.

Xaçatryan son aylar hökumət tərəfindən sərhəd kəndlərində həyata keçirilən və planlaşdırılan layihələrin icra vəziyyəti ilə də maraqlanıb.

Səfər çərçivəsində dövlət başçısı həmçinin bir hərbi hissəyə baş çəkib, əsgərlərin yaşayış şəraiti və hissədəki ümumi vəziyyətlə tanış olub.

Prezident yüksək döyüş hazırlığı nümayiş etdirən bir sıra hərbçiləri də mükafatlandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi