QALMAQALla bağlı açıqlama: “Onu çempionluqdan məhrum etdi” - VİDEO

30 İyul 03:30 Hadisə 201
QALMAQALla bağlı açıqlama: “Onu çempionluqdan məhrum etdi” - VİDEO

Azərbaycan Boks Federasiyası (ABF) Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa çempionatında Yusif Ağakişiyevlə (75 kq) Viktor Maystroviçin final görüşündə texniki direktor Hamza Avezovla bağlı yaşanan qalmaqala aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

İdman etikasına uyğun hərəkət etmədiyinə görə (rinqə çıxıb hakimə fiziki təsir etmək - red.) H.Avezovla bağlı ABF-nin təlimatına və qaydalara uyğun olaraq addım atılacağı bildirilib.

Adıçəkilən döyüşdə şimali makedoniyalı hakim Stefan Subalevskinin qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən aldığı və onu çempionluqdan məhrum etdiyi qeyd olunub.

ABF hakim barədə tədbir görülməsi üçün də aidiyyəti beynəlxalq təşkilata müraciət ünvanlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 20:50 Çək və bizə göndər!