Bakıya qələbə ilə gəlirlər

29 İyul 2025 08:20 Hadisə 557
Bakıya qələbə ilə gəlirlər

"Sabah"ın Konfrans Liqasının II mərhələsindəki rəqibi "Petrokub" Moldova Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Xınçestı şəhər təmsilçisi VI turda evdə "Daçiya Buyukan" klubu ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Petrokub"un heyətində Petru Popesku dubl edib (31, 90+1). Qonaqlardan isə 43-cü dəqiqədə Marin Keruntu penaltidən fərqlənib.

Bu qələbə ilə Şota Maxaradzenin rəhbərlik etdiyi kollektiv xallarının sayını 11-ə çatdıraraq 3-cü pilləyə yüksəlib.

"Sabah" Kişineuda keçirilən ilk oyunda 2:0 hesablı qələbə qazanıb. Tərəflər arasında cavab oyunu iyulun 31-də "Əlincə" stadionunda təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi