Britaniyalılar “Qarabağ”a müraciət etdi - Nə istəyirlər?

28 İyul 2025 21:20 Hadisə 8 944
Britaniyalılar “Qarabağ”a müraciət etdi - Nə istəyirlər?

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” öz meydanında “Şelburn”u qəbul edəcək.

İyulun 23-də səfərdə keçirilən qarşılaşmada təmsilçimiz ev sahibləri üzərində 3:0 hesablı qələbəyə sevinmişdi.

“Şelburn” doğma meydanda böyük hesabla məğlub olmasına baxmayaraq, matçın gedişində, hətta qarşılaşmadan sonra azarkeşlərindən dəstək görmüşdü.

Son İrlandiya çempionu Bakıda da dəstəksiz qalmayacaq.

İrlandiya klubundan “Qarabağ”a edilən müraciətdə azarkeşləri üçün yer istənilib. Say nə qədər olsa yaxşıdır? 100 nəfər!

Odur ki, matç günü 100-ə yaxın irlandiyalı fanat Respublika stadionunda şərqilər səsləndirərək ilk dueldə darmadağın olan “Şelburn”a dəstək nümayiş etdirəcəklər.

İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyun saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi