Azərbaycanda keçmiş futbolçu stadionda öldü - FOTOLAR

28 İyul 13:00 Hadisə 1 705
Azərbaycanda keçmiş futbolçu stadionda öldü - FOTOLAR

Azərbaycanda keçmiş futbolçu meydançada dünyasını dəyişib.

Hadisə Qusar rayonunun Şirvanovka kəndində baş verib.

Belə ki, burada «Şahdağ» və «Neftçi»nin veteran oyunçuları arasında yoldaşlıq görüşü keçirilib.

Qusar klubunun yaradılmasının 75 illiyinə həsr olunmuş qarşılaşma Eldar Əlixanovun stadionda vəfat etməsi səbəbindən yarımçıq dayandırılıb.

E.Əlixanov Xudatdandır və uzun illər öncə «Şahdağ»ın şərəfini qoruyub. O, hər hissəsi 15 dəqiqədən ibarət matça start heyətində çıxıb.

62 yaşlı veteran 10 dəqiqədən sonra öz istəyi ilə əvəzlənib. Paltardəyişmə otağına yollanan sabiq oyunçunun anidən vəziyyəti pisləşib və yerə yıxılıb.

Əlixanov bir neçə il qabaq ürək əməliyyatı keçirib. Ona iki stend qoyulub. İlkin rəyə görə, xudatlı veteranının dünyasını dəyişməsinə səbəb isti hava olub.

Belə ki, qarşılaşma saat 1?:00-da start götürüb və bu zaman güclü isti müşahidə edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?