UEFA "Qarabağ"ın rəqibini 4000 avro cərimələdi

27 İyul 2025 03:30 Hadisə 826
UEFA "Qarabağ"ın rəqibini 4000 avro cərimələdi

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiya “Şelburn”u UEFA tərəfindən cəzalandırılıb.

Sportal.az xəbər verir ki, Şimali İrlandiyadan “Linfild” ilə Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci mərhələsinin ilk oyununda azarkeşlər Dublindəki “Tolka Park” stadionunun keçidlərini bağladıqları üçün İrlandiya çempionu 4000 avro (təxminən 8000 manat) ödəyəcək.

“Qarabağ” “Şelburn”la ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.

Komandalar arasında cavab oyunu iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi