Yayın 14-cü transferini etdi

27 İyul 2025 02:50 Hadisə 866
Yayın 14-cü transferini etdi

Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşündə "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzan "Aris" Yunanıstana çatar-çatmaz 14-cü yay transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, Saloniki təmsilçisi Noa Sonko Sundberqlə anlaşıb.

29 yaşlı mərkəz müdafiəçi ilə 2 illik rəsmi müqabilə imzalanacaq.

Qambiya millisinin üzvünün transferindən ötrü Bolqarıstan "Ludoqorets"inə 800 min avro ödəniləcək.

Klubun sol cinah vingeri və dağıdıcı yarımmüdafiəçi mövqelərinə də oyunçu transfer edəcəyi gözlənilir.

"Aris"in çoxsaylı transferləri fonunda "Araz-Naxçıvan"la matçda sərgilədiyi oyun və uduzması Yunanıstanda kəskin tənqidlərlə qarşılanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi