"Milan"ın sabiq vingeri “Zirə”nin qarşısına çıxacaq?

27 İyul 2025 09:00 Hadisə 777
"Milan"ın sabiq vingeri “Zirə”nin qarşısına çıxacaq?

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk" heyətini yeni oyunçu ilə gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, Split təmsilçisi Ante Rebiçin keçidini həll etmək üzrədir. Bu barədə "Telesport" məlumat yayıb.

Artıq xorvatiyalı vingerlə razılıq əldə olunub. 31 yaşlı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Rebiç karyerası ərzində "Fiorentina", "Leypziq", "Verona", "Ayntraxt", "Milan", "Beşiktaş" və "Leççe"də çıxış edib.

"Zirə" Bakıda keçirilən ilk oyunda "Hayduk"la 1:1 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab görüşü iyulun 31-də Xorvatiyada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi