“Xahiş edirəm, bununla bağlı heç bir sual verməyin” – Bu hərəkət gündəm oldu

26 İyul 2025 00:10 Hadisə 452
“Xahiş edirəm, bununla bağlı heç bir sual verməyin” – Bu hərəkət gündəm oldu

“Aleksandriya”nın futbolçuları Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi Serbiya “Partizan”ının futbolçularının əlini sıxmaqdan imtina ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sportklub” portalı məlumat yayıb.

Ukrayna təmsilçisinin oyunçuları rəqibin əlini sıxmaq əvəzinə yumruq göstəriblər.

“Biz “Partizan” futbol klubunu Rusiyadakı turnirdə iştirak etdiyinə görə heç cür dəstəkləmirik və bunu klubumuza qarşı düşmənçiliyin təzahürü hesab edirik.

Bu, klubun və Ukrayna xalqının mövqeyidir. Xahiş edirəm, bununla bağlı heç bir sual verməyin”, - deyə “Aleksandriya”nın baş məşqçisi Kirilo Nesterenko bildirib.

“Partizan” matçda 2:0 hesabı ilə qalib gəlib. Cavab oyunu iyulun 31-də Belqradda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi