Ağdamın Gülablı kəndində də yanğın başladı - VİDEO

25 İyul 08:00 Hadisə 171
Ağdamın Gülablı kəndində də yanğın başladı - VİDEO

Ağdamın işğaldan azad edilmiş Gülablı kəndində də yanğın başlayıb.

“Qafqazinfo” bununla bağlı görüntüləri əldə edib.

Görüntülərdən də aydın olur ki, yanğın geniş ərazini əhatə edir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!