
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri olan "Omoniya" (Kipr) və "Torpedo Kutaisi" (Gürcüstan) da üz-üzə gəlib.
Kiprdə keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 20-ci dəqiqədə Stevan Yovetiç vurub.
“Araz-Naxçıvan” KL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda Yunanıstan "Aris"ini 2:1 hesabı ilə məğlub edib. 3-cü mərhələnin oyunları isə 7 və 14 avqustda keçiriləcək.