Qadın-kişi münasibətini müzakirə etdi, C ƏRİMƏLƏNDİ

24 İyul 21:40 Hadisə 208
Qadın-kişi münasibətini müzakirə etdi, C ƏRİMƏLƏNDİ

“Qvadalahara”nın Çiçarito ləqəbli hücumçusu Xavyer Hernandes sosial mediada kişi və qadın münasibətlərini müzakirə etdiyi bir sıra videolar yayımlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun açıqlamaları Meksika Futbol Federasiyasının kəskin reaksiyasına səbəb olub:

“Bir neçə gün əvvəl Xavyer Hernandes etik standartlara və bərabərliyi təşviq etmək səylərinə zidd olan açıqlamalar verib.

Bununla bağlı Gender və Müxtəliflik Komissiyası araşdırma aparıb, nəticədə futbolçu cərimələnib və rəsmi xəbərdarlıq alıb.

Qayda pozuntusunun təkrarlanacağı təqdirdə, tədbirlər daha sərt olacaq”.

Çiçarito hələlik vəziyyətlə bağlı açıqlama verməyib.

Forvard mediada zorakılıq forması kimi qiymətləndirilən və idmanda gender bərabərliyinin əsas prinsiplərini pozan seksist stereotipləri təbliğ edən açıqlamalar verib.

Futbolçu Avropada “Mançester Yunayted”, “Real” kimi klublardakı çıxışı ilə tanınır.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!