Məşhur cütlük 9 illik evlilikdən sonra ayrıldı - FOTO

24 İyul 2025 03:30 Hadisə 409
Məşhur cütlük 9 illik evlilikdən sonra ayrıldı - FOTO

Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayqer və tennis üzrə keçmiş dünya birincisi Ana İvanoviç 9 illik evlilikdən sonra ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə serbiyalı tennisçinin vəkili "Spiegel" nəşrinə açıqlamasında deyib.

Vəkil ayrılığa səbəb kimi “həll olunmayan fikir ayrılıqlarını” göstərib və əlavə şərh verməkdən imtina edib.

Daha əvvəl bildirilmişdi ki, 37 yaşlı İvanoviç və 40 yaşlı Şvaynştayger cari ilin fevralında ayrılıblar. Ana oğulları Luka, Leon və Teo ilə doğma Belqradda yaşayır.

Şvaynştayger işlərinə görə çox səyahət edir, lakin əsasən Münhendə yaşayır.

Cütlük 2016-cı ilin iyulunda evlənib.

Bastian Şvaynştayger Almaniya yığması ilə 2014-cü ildə dünya çempionu olub. O, ölkəsinin "Bavariya" klubu ilə UEFA Çempionlar Liqası daxil olmaqla bir çox titul qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!