
"Hayduk" "Zirə" ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün İvan Luçiçi iştirak ərizəsinə daxil etməyib.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı qapıçı Split təmsilçisinin yeni baş məşqçisi Qonsalo Qarsiyanın qərarı ilə kənarda qalıb.
Avstriyalı kiperu Bakıya yollanan komandanın tərkibində olmayacağını bildikdən sonra instaqram hesabında maraqlı paylaşım edib.
O, Splitdə olduğunu ifadə edən çimərlik fotosunu "Mmm" yazısı ilə paylaşıb. Luçiç bosniyalı repçilər Jale Brat və Buba Korellinin parçasından sətrlər də əlavə edib:
"Yox, sən ağlamadın,
Və bu gün sən onunla deyilsən,
Mən hələ də komanda üçün oynayıram,
Titrlərdə: Lamin Yamal,
Mən yenə sənə hücum edirəm”.
"Hayduk" azarkeşləri hesab edir ki, Luçiç komandaya lağ edib, xüsusən də “Mən hələ də komandada oynayıram” misrası ilə.
Klubun idman direktoru Qoran Vuçeviç daha əvvəl Luçinin gələcəyi ilə bağlı demişdi: "Onunla ən yaxşı həll yolunu müzakirə edirik. O, ötən mövsüm oynadığı mövqedən xəbərdardır. Məşqçi qapı mövqeyinə yeni nəfəs gətirmək istəyir. Biz ona gələcək üçün ən yaxşı həll yolunu tapmağa kömək edəcəyik".