Azərbaycanda ödəniş qaydalarında yenilik olacaq

24 İyul 2025 07:30 Hadisə 569
Azərbaycanda ödəniş qaydalarında yenilik olacaq

“Biz planlaşdırırıq ki, ölkə daxilində 40 minə qədər bütün ödənişlər məhz ani ödəniş sistemi vasitəsilə həyata keçirilsin”.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Bu, sözsüz ki, əməliyyatın maya dəyərinin azalmasına səbəb olacaq. Böyük bir layihədir. Bundan başqa, oktyabrın sonuna kimi bütün banklar “Az-QR” standartına keçəcək. Bütün ödəniş nöqtələrində istehlakçılara QR-la ödənişlər təklif ediləcək.

Bu, kiçik və mikro sahibkarlar üçün böyük üstünlükdür. Həm onların, həm də bankların investisiyalarının xərcləri azalacaq.

Kiçik sahibkarlar və təsərrüfatlar üçün 500-600 dollar verib pos-terminal almaq kifayət qədər xərcləri artırırdı”, - deyə T.Kazımov bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi