Hücumçu və müdafiəçini I Liqa təmsilçisinə icarəyə göndərdi

23 İyul 2025 08:50 Hadisə 716
Hücumçu və müdafiəçini I Liqa təmsilçisinə icarəyə göndərdi

"Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Hayduk" iki futbolçusunu icarəyə göndərib.

Sportinfo.az xəbər verir ki, Split təmsilçisinin hücumçusu Dominik Babiçlə müdafiəçi İvan Krstanoviç I Liqa təmsilçisi "Kroatsiya"ya keçib.

Hər iki futbolçu növbəti mövsüm Zmiyavtsi klubunda çıxış edəcək.

"Hayduk" 18 yaşlı Babiçi cari transfer pəncərəsində azad agent kimi heyətinə qatıb. O, "Osiyek"in yetirməsidir.

19 yaşlı Krstanoviç isə "Hayduk"un gənclərdən ibarət komandasının üzvüdür.

"Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi