Dəhşətli qəzada ölən hücumçuya yazılan şərh GÜNDƏM OLDU - FOTO

21 İyul 2025 01:30 Hadisə 409
Dəhşətli qəzada ölən hücumçuya yazılan şərh GÜNDƏM OLDU - FOTO

“Liverpul”un və Portuqaliya yığmasının hücumçusu Dioqu Jotanın ölümündən sonra 2022-ci ildə yazılan bir şərh gündəm olub.

Sportinfo.az xəbər verir ki, bu paylaşım sosial mediada geniş müzakirələrə səbəb olub.

Həmin şərhdə azarkeş Jotanı hədəf alaraq yazıb:

“İnşallah yanaraq can verərsən Dioqu Jota. 100 min lirə getdi”.

YORUM.jpg (57 KB)

Bu ifadənin yenidən gündəmə gəlməsi sosial mediada böyük qəzəb doğurub. Minlərlə istifadəçi həmin paylaşımı edən şəxsə sərt reaksiya göstərib.

Dioqu Jota və özündən kiçik futbolçu qardaşı Andrenin də içində olduğu avtomobil İspaniyanın Samora əyalətində iyulun 3-də gecə saat 00:30 radələrində idarəetmədən çıxaraq aşıb və alovlanıb.

Hadisə nəticəsində həm Jota, həm də qardaşı Andre yanaraq həyatlarını itiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi