Məşhur jurnalist İlham Əliyevdən məsləhət istədi, cavab gündəm oldu - VİDEO

08:10 Hadisə 194
Məşhur jurnalist İlham Əliyevdən məsləhət istədi, cavab gündəm oldu - VİDEO

Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir.

Tədbirdə ukraynalı məşhur jurnalist Dmitri Qordon da iştirak edir.

O, dövlət başçısına maraqlı sual verib:

“Biz Ukraynada sizin rəhbərliyiniz altında öz torpaqlarınızı işğaldan azad edilməsini maraqla izləmişdik. Bu, bizi ruhlandıran bir nümunədir. Ukraynalılar sizə minnətdardır. Çünki siz dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və müstəqilliyinə dəstəyinizi bəyan etmisiniz. Biz bunu unutmarıq.

Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?”

Dövlət başçısı isə Qordonun sualına belə cavab verib:

“Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”.

Prezident İlham Əliyevin bu cavabı sosial şəbəkələrdə geniş yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!