
“Yuventus”un qadın komandasının cinah oyunçusu Alişa Lemann keçən il Turin klubuna keçib.
Sportinfo.az xəbər verir ki, o, əsas oyunçu ola bilmədi. Alişa Avropa çempionatına getməli deyildi, lakin başqa oyunçunun zədəsi səbəbindən son anda heyətə daxil edildi.
İndiyə qədər isveçrəlinin adında cəmi doqquz dəqiqə var, lakin onun komandada olması rəhbərliyi əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur edib.
Komandanın mətbuat xidmətinin rəhbəri Sven Mikosse İsveçin “Aftonbladet” qəzetinə bildirib ki, onların mühafizə rəisi matçlardan sonra oyunçuları müşayiət etməyə davam edəcək, lakin Lemann üçün xüsusi ehtiyat tədbirləri görülüb:
“Biz həmişə oyunçuların təhlükəsizliyini təmin edirik. Bütün stadionlarda bu, bizim əsas prioritetimizdir.
Turnir zamanı hər şeyi UEFA təşkil edir, lakin bizim təhlükəsizlik rəhbərimiz həmişə oradadır.
Oyunçular azarkeşlərə yaxınlaşanda o, orada olur, lakin Alişanın şöhrətinə görə o, orada daha uzun müddət qalmalıdır”.
Nəşr iddia edir ki, Leman avtoqraf verərkən və pərəstişkarları ilə şəkil çəkdirərkən mühafizəçi orada olur. 6,8 milyon “Instagram” izləyicisi ilə Lemann ən populyar qadın futbolçudur.

