Sabiq "Qalatasaray"lı Azərbaycan torpağına ayaq basacaq - 3 illik müqavilə

20 İyul 2025 02:10 Hadisə 3 675
Sabiq "Qalatasaray"lı Azərbaycan torpağına ayaq basacaq - 3 illik müqavilə

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.

Saloniki təmsilçisi Rumıniya millisinin üzvü Olimpiu Morutanı heyətinə cəlb edib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

2021-2023-cü illətdə "Qalatasaray"da çıxış edən Morutan Türkiyədə "Ankaragücü", Rumıniyada "Botoşani", FCSB, İtaliyada "Piza"da da oynayıb.

"Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi