"Qarabağ"la oynayacaq - "Arsenal"dan transfer etdilər

20 İyul 2025 01:50 Hadisə 891
"Qarabağ"la oynayacaq - "Arsenal"dan transfer etdilər

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Şelburn" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə İrlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

Dublin təmsilçisi "Arsenal"dan Cek Henri Frensisi transfer edib.

Son olaraq İrlandiyada "Slayqo" klubunda icarə əsasında oynayan 21 yaşlı yarımmüdafiəçi İngiltərədə "Fulhem" və "Arsenal" klublarının akademiyalarında çıxış edib.

"Şelburn"la "Qarabağ"ın ilk görüşü iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi