
“Futbolçu kimi daha çoxunu edib, daha artığına nail ola bilərdim.
Yəqin ki, Allah belə olmasını məsləhət gördü”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında gürcstanlı sabiq futbolçu Nuqzar Kvirtiya deyib.
Vaxuilə AZAL-ın formasını geyinmiş yarımmüdafiəçi hazırda özünü bloger kimi fəaliyyət göstərir.
Futbolçu Nuqzar və bloger Nuqzar. Hansı daha uğurlu olmağı bacarıb?
Səbəbkarın özünü dinləyək:
“Atam da öz dövrünün bacarıqlı futbolçularından olub. Bəzən ona nələrləsə bağlı şikayət edirdim.
Deyirdi, gileylənmə, işini gör, mən səndən də artıq bəxtsizlik yaşamışam, aldadılmışam.
Tbilisi “Dinamo”su Kuboklar Kubokunu qazanan mövsümdə atam da heyətdə olmalıydı. Lakin hansısa yalanlarla atamı heyətdən kənarda qoymuşdular.
Həmişə onu mənə misal çəkirdi. Karyeram bəlkə də istədiyim kimi alınmadı.
Üstündən neçə illər keçib, bəzən kimsə yaxınlaşıb məni AZAL-dakı çıxışlarımdan xatirladığını deyir. Bundan həzz alıram”.