“Zirə”nin rəqibi Baki yolunda işini bərk ttutdu

19 İyul 2025 23:00 Hadisə 951
“Zirə”nin rəqibi Baki yolunda işini bərk ttutdu

“Zirə” Konfrans Liqasının II mərhələsində “Hayduk”la qarşılaşacaq.

İlk oyunun Bakıda baş tutacağını nəzərə alsaq, Xrovatiya təmsilçisinin Bakı planına aydınlıq gəlib.

Split şəhərini təmsil edən kollektiv işini bərk tutaraq ölkəmizə matçdan iki gün əvvəl təşrif buyurmağı qərara alıb.

“Hayduk”u gətirəcək çarter reysli təyyarə iyulun 21-i axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək və birbaşa “Wyndham” otelinə yollanacaq.

Həmin gün komanda üzvləri dincələcək. Ertəsi, yəni matçdan bir gün əvvəl baş məşqçilərin mətbuat konfransı və komandaların məşqi baş tutacaq.

Xorvatiyadan ölkəmizə iki jurnalistin təşrif buyuracağı gözlənilir.

İyulun 23-də “Neftçi Arena”da keçiriləcək “Zirə” - “Hayduk” qarşılaşması saat 19:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi