Atası ilə anası futbolçu olan 2 yaşlı azərbaycanlı uşağın etdiklərinə baxın - VİDEO

19 İyul 2025 16:40 Hadisə 2 129
Atası ilə anası futbolçu olan 2 yaşlı azərbaycanlı uşağın etdiklərinə baxın - VİDEO

“Sabah”ın və Azərbaycan millisinin üzvü Amin Seydiyevin övladı xüsusi bacarığı ilə diqqət çəkir.

2 yaşlı uşaq atasının top qovduğu komandanın futbolçularının ad-soyadını əzbər bilir.

Anası Aysun Seydiyeva “Sabah”ın oyunçularının adlarını çəkir, o isə düşünmədən soyadlarını səsləndirir.

Lentə alınmış həmin görüntülər sosial şəbəkə izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb. İzləyicilər azyaşlı oğlanın futbol sevgisini və yadda saxlam1a bacarığını alqışlayıb.

Amin Seydiyev bir neçə il öncə “Neftçi”nin və qadınlardan ibarət milli komandanın üzvü Aysun Seydiyeva ilə ailə qurub.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!