Məşhur oyunçu texniki direktor təyin olundu - Ölkəmizə gələcək

19 İyul 2025 04:00 Hadisə 390
Məşhur oyunçu texniki direktor təyin olundu - Ölkəmizə gələcək

İvan Rakitiç Konfrans Liqasında "Zirə"nin rəqibi olan "Hayduk"un texniki direktoru təyin olunub.

Sportinfo.az xəbər verir ki, sabiq futbolçu rəsmi olaraq yeni vəzifəsinə başlayıb.

Bu rolda İvan, Xorvatiya klubunun idman direktoru Qoran Vuçeviçin köməkçilərindən biri olacaq.

Xorvatiya millisinin keçmiş oyunçusu əsas komandanın futbolçuları və texniki heyətinə cavabdeh olacaq..

"Zirə" - "Hayduk" qarşılaşması iyulun 23-də, cavab oyunu isə 1 həftə sonra ayın 30-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi