Məşhur futbol adamının evi qarət olundu, medal və kubokları oğurlandı

19 İyul 2025 10:00 Hadisə 472
Məşhur futbol adamının evi qarət olundu, medal və kubokları oğurlandı

UEFA-nın keçmiş prezidenti, sabiq futbolçu Mişel Platininin evi qarət olunub.

Sportinfo.az xəbər verir ki, bu haqda “Footmercato” məlumat yayıb.

Məlumata görə, hadisə bu gün səhər onun Buş-dü-Ron bölgəsində yerləşən iqamətgahında baş verib.

Platini evinin yaxınlığında bir cinayətkarı görüb. Daha sonra 70 yaşlı fransız bildirib ki, naməlum şəxs onun təxminən 20 medal və kubokunu oğurlayıb.

Marsel prokurorluğu ağırlaşdırıcı hallarla müşayiət olunan oğurluq faktı ilə bağlı istintaqa başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi