Şüvəlan çimərliyində batan futbolçunun FOTOsu

18 İyul 2025 00:50 Hadisə 395
Şüvəlan çimərliyində  batan futbolçunun FOTOsu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dənizdə batan şəxsin “Zirə” futbol klubunun akademiyasının oyunçusu Fərid Şahverdiyev olması bilinib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Zirə"nin U-16 komandasının 2009-cu il təvəllüdlü üzvü Fərid boğularaq vəfat edib.

Azərbaycanlı futbolçu dünyasını dəyişib

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi