“Məni “instagram” və “Tik-Tok” məşhurlaşdırdı, futbolçu olduğumu bilmirlər”

15 İyul 2025 23:40 Hadisə 464
“Məni “instagram” və “Tik-Tok” məşhurlaşdırdı, futbolçu olduğumu bilmirlər”

“Mən futbolçu kimi daha uğurlu olduğumu deməzdim. Çünki titullar qazana bilmədim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında AZAL PFK-nın sabiq yarımmüdafiəçisi Nuqzar Kvirtiya deyib.

Vaxtilə “təyyarəçilər”in heyətində Premyer Liqada çıxış etmiş gürcüstanlı legioner söyləyib:

“Sadəcə, futbolçu olmağın çəkisi daha ağırdır. Ancaq bir şey var ki, futbolçu olduğum dönəmdə indiki məşhurluğum yox idi.

Sosial şəbəkələr məni daha çox tanıtdı. İndi tək Azərbaycanda yox, ölkədən kənara çıxanda da tanıyırlar. S

əudiyyə Ərəbistanında olanda Somalidən olan biri yaxınlaşıb məni sosial şəbəkələrdəki videolarımdan tanıdığını bildirdi. Bəlkə də keçmişdə futbolçu olmağımdan xəbərsizdir.

Ancaq“instagram”dan, yaxud “Tik-Tok”dan tanıyır. İstənilən halda özümü böyük işlər görmüş futbolçu kimi qəbul etmirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi