
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bəxtiyar Musayev 1997-2006-cı illərdə millinin heyətində 20 oyun keçirib.
O, futbolçu karyerası ərzində MOİK (Bakı), "Neftçi", "Turan", "Qarabağ", "Şəmkir" və "Xəzər Lənkəran"da da çıxış edib.
Musayev Azərbaycan futbolunun təcrübəli skautlarından hesab edilir.
Tanınmış sima təyinatı barədə Sportinfo.az-a açıqlama verib:
«Təşəbbüs AFFA-nın baş katibi Cahangir Fərəcullayev tərəfindən gəldi. Görüş əsnasında mənə bu vəzifəni təklif elədi.
Ona saytınız vasitəsilə öz təşəkkürümü bildirirəm. Bu sahə mənə yad deyil.
Həmişə bu işi görmüşəm. Ona görə də təklifi qəbul etdim.
Artıq böyük məsuliyyət daşıyıram. Bunun fərqindəyəm.
Əlimdən gələni edəcəm ki, mənə bəslənilən etimadı doğruldum.
Bütün bilik və bacarığımdan istifadə edəcəm. Faydamız dəyərsə, çox sevinərəm».