Ombudsman Aparatının nümayəndələri Yevlax və Xaçmazda kimlərlə görüşdü? - FOTOLAR

15 İyul 2025 08:10 Hadisə 348
Ombudsman Aparatının nümayəndələri Yevlax və Xaçmazda kimlərlə görüşdü? - FOTOLAR

Ombudsman Aparatının Bərabərlik hüququnun təmini sektorunun nümayəndələri Roma (qaraçı) icmasının kompakt yaşadığı bölgələrdən olan Yevlax və Xaçmaz rayonlarında monitorinq aparıb.

Monitorinq prosesi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ilə Ombudsmana verilmiş bərabərlik hüququnun təmini və ayrıseçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi səlahiyyəti çərçivəsində baş tutub.

Monitorinq zamanı icma üzvləri ilə fərdi görüşlər keçirilib, onların qarşılaşdığı çətinliklərlə maraqlanılıb.

Araşdırmalar nəticəsində icma üzvlərinin rastlaşdıqları çətinliklərin aradan qaldırılması, hüquq və azadlıqlarının daha səmərəli təmini ilə bağlı müvafiq təkliflər hazırlanaraq əlaqədar dövlət qurumlarına göndəriləcək.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi