Azərbaycan klubunun keçmiş baş məşqçisi Superkuboku qazana bilmədi

13 İyul 2025 02:30 Hadisə 826
Azərbaycan klubunun keçmiş baş məşqçisi Superkuboku qazana bilmədi

Rusiya Superkuboku uğrunda oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, Kazanda baş tutan qarşılaşmada Moskva MOİK-i “Krasnodar”ı 1:0 hesabı ilə məğlub edib.

Oyunun taleyini həll edən qolu 48-ci dəqiqədə müdafiəçisi İqor Diveyev vurub.

MOİK tarixində 8-ci dəfə bu kuboku qazanıb. Superkuboku ən şox “Zenit” (9 dəfə) əldə edib.

“Krasnodar” tarixində ikinci dəfə Superkubok matçına çıxıb. Komnada ötən il Sankt-Peterburq “Zenit”inə 2:4 hesabı ilə uduzub.

Son Rusiya çempionatının qalibi olan “Krasnodar”ı Bakının “Sabah” klubunun sabiq baş məşqçisi Murad Musayev çalışdırır.a

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi