Millinin sabiq oyunçusu Premyer Liqaya qayıdan klubda - FOTO

13 İyul 2025 01:20 Hadisə 1 167
Millinin sabiq oyunçusu Premyer Liqaya qayıdan klubda - FOTO

"Karvan" heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, Yevlax təmsilçisi millinin sabiq oyunçusu Elvin Yunuszadə ilə anlaşıb.

Artıq 33 yaşlı mərkəz müdafiəçisi yeni kollektivlə ilk məşqinə də çıxıb. Bununla bağlı "Karvan" sosial şəbəkə hesabında paylaşım edib.

Elvin Yunuszadə ötən mövsüm "Qəbələ"nin formasını geyinib.

Vaxtilə “Neftçi” və ”Qarabağ”ın formasını geyinmiş arxa xətt oyunçusu 16 ildən sonra Premyer Liqaya qayıtmış aranlılarla 1 illik müqavilə bağlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi